Yaponiyalı alimdən Türkiyə ilə bağlı qorxunc proqnoz

Tokio, 21 fevral , /AJMEDIA/

Yaponiyalı zəlzələ alimi Yoşinori Morivaki gözlənilən İstanbul zəlzələsi ilə bağlı mühüm açıqlamalar verib.

AJMEDIA xəbər verir ki, Morivaki İstanbulda tək bir qırılma olarsa 7 bal, iki qırılma olarsa 7,5 bal gücündə zəlzələ olacağını söyləyib.

Zəlzələnin nə vaxt baş verəcəyinə gəlincə, alim bunları deyib: “Araşdırmalara görə, İstanbulda zəlzələ 60-70 faiz ehtimalla 23 ildən sonra baş verə bilər”.

Morivaki “İstanbulun hansı əraziləri zəlzələlərə daha davamlıdır?” sualına isə belə cavab verib: “Boğazın hər iki tərəfi davamlıdır. Beşiktaş, Şişli, Mecidiyeköy və Ataşehirdə durum yaxşıdır. Avcılar, Küçükçekmece və Büyükçekmecedə zəmin yumşaqdır”

Follow us on social

Facebook Twitter Youtube

Related Posts