Yaponiyada son 140 ildə ilk dəfə olaraq yetkinlik yaşı aşağı endirilib

Tokio, 2 aprel , /AJMEDIA/

Yaponiyada son 140 ildə ilk dəfə olaraq yetkinlik yaşı 20-dən 18-ə endirilib.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiyanın ədliyyə naziri Yoşihise Furukava məlumat verib.

“Qanunları pozmuş gənclərin reabilitasiyası üçün onların nəinki öz əməllərini düşünmələri, həm də öz məsuliyyətlərini dərk etmələri, diqqətlərini güclərinə və potensiallarına yönəldərək, cəmiyyətin bir üzvü kimi davranmaları vacibdir”, – deyə nazir bildirib.

Mülki Məcəllədə edilmiş bu düzəlişdən sonra yapon gənclər 18 yaşlarına çatdıqdan sonra valideynlərinin razılığı olmadan, hüquqi müqavilələr imzalamaq və işgüzar əlaqələr qurmaq hüququna malik olacaqlar. Həmin sənədlərə mobil telefon almaq, avtomobil krediti və kredit kartları götürmək və ev kirayələmək üçün müqavilələr daxildir.

Qeyd edək ki, Yaponiya hökuməti ötən il ölkə əhalisinin 29,1 faizinin yaşlı insanlardan ibarət olması barədə məlumat yayıb. Bu, ölkənin bütün tarixi boyu rekord göstəricidir. Yaponiya KİV-ləri bu informasiyanın cəmiyyətin sürətlə qocalmasını sübut edən daha bir göstərici kimi şərh etmişdi.

Onu da bildirək ki, Yaponiyada 65 yaşa çatmış sakinlər artıq yaşlı nəsil hesab olunur. Həmin insanların ümumi sayının ötən ilin sentyabrında 36,4 milyona çatdığı qeyd edilir ki, bu da bir il əvvəlki göstəricini 220 min nəfər üstələyir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts