Yaponiyada onlarla avtomobilin toqquşması nəticəsində ağır xəsarət alanlar var

Tokio, 10Dekabr, /AJMEDIA/

Dekabrın 10-da Yaponiyanın mərkəzi hissəsində yerləşən Aiçi prefekturasında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 24 nəfər xəsarət alıb, bir nəfərin isə vəziyyəti ağırdır.

AJMEDIA xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, Komaki şəhərindəki avtomagistralda baş verən qəza zamanı təqribən 20 avtomobil toqquşub. Onların arasında ağır yük maşını da var.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, xəsarət alanlardan 10-u artıq xəstəxanaya yerləşdirilib. 54 yaşlı bir kişinin vəziyyətinin daha ağır olduğu qeyd edilir.

Hazırda yerli polis hadisənin baş verməsinin səbəblərini araşdırır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts