Yaponiyada “Nanmadol” tufanı nəticəsində 40-dan çox sakin xəsarət alıb

Tokio, 19 sentyabr , /AJMEDIA/

Yaponiyanın Kyuşü adasına çataraq şimal-qərb istiqamətində hərəkət edən “Nanmadol” tufanı nəticəsində 40-dan çox yerli sakin xəsarət alıb.
AJMEDIA NHK telekanalına istinadla xəbər verir ki, ərazidə yerləşən 300 mindən çox evə elektrik enerjisinin verilişi dayanıb.
Yaponiya meteorologiya Agentliyinin yaydığı məlumata görə, sentyabrın 19-da səhər tufanın episentri Kyuşü adasını şimalında yerləşən Fukuoka prefekturasına çatıb və saniyədə 4 metr sürəti ilə şimal-şərq istiqamətində hərəkət edir. Proqnozlara görə, tufanın gün ərzində Yapon dənizi sahillərinə çatacağı, sentyabrın 20-də səhər saatlarında ölkənin mərkəzi hissəsini ağuşuna alacağı gözlənilir.
Tufanın artıq paytaxt regionuna təsir göstərdiyi qeyd edilir. Bildirilir ki, Tokio körfəzində yaranan fövqəladə hava şəraiti səbəbindən paytaxtı Kanaqava və Çiba prefekturaları ilə birləşdirən bərənin hərəkəti qeyri-müəyyən müddətə dayandırılıb.
Tufanın özü ilə leysan yağışlar gətirdiyi qeyd edilir. Onun hərəkəti boyunca daha 9 milyon sakinin təxliyə xəbərdarlığı aldığı bildirilir. Tufan səbəbindən 700-dək aviareys təxirə salınıb, qatarların hərəkətində də fasilələr yaranıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts