Yaponiyada ən yaşlı kişi 111 yaşında vəfat edib

Tokio, 16 noyabr , /AJMEDIA/

Yaponiyada ən yaşlı kişi hesab edilən Şiqeru Nakamura noyabrın 15-də 111 yaşında Hiroşima prefekturasındakı Ahıllar evində dünyasını dəyişib.
AJMEDIA xəbər verir ki, Ş.Nakamura 1911-ci il yanvarın 11-də Yaponiyanın qərbində yerləşən Cinsekikoqonedə anadan olub. O, 1945-ci il avqustun 6-da ABŞ hərbiçiləri tərəfindən Hiroşimaya atılan atom bombasının törətdiyi dağıntıların aradan qaldırılmasında yaxından iştirak edib.
Müsahibələrinin birində qeyd edib ki, belə sağlam qalmasının səbəbi insanlara olan məhəbbətindəndir.
Ş.Nakamura uzun müddət inşaat sahəsində çalışıb.
Ginnesin Rekordlar Kitabına görə, cari ilin mayına olan məlumata əsasən, hazırda Venesuelada yaşayan 113 yaşlı Xuan Visente Peres dünyanın ən yaşlı kişisi hesab edilir. Onun 1909-cu il mayın 27-də anadan olduğu bildirilir.
Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə isə, hazırda bu ölkənin ən yaşlı kişisi Çiba prefekturasında yaşayan 111 yaşlı Qisaburo Sonobedir. Yaponiyanın ən yaşlı sakini isə Oskada yaşayan 115 yaşlı qadın Fusa Tatsumidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts