Yaponiya parlamentinin yuxarı palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanunu qəbul edib

Tokio, 20 aprel , /AJMEDIA/

Yaponiya parlamentinin yuxarı palatası aşağı palatanın ardınca Ukraynada baş verən hadisələrə görə Rusiyaya qarşı sanksiyalar haqqında qanunu qəbul edib.
AJMEDIA xəbər verir ki, qanunun qəbulunun keçirildiyi iclas birbaşa efirlə yayımlanıb. Yeni qanuna əsasən, gələn ilin martından başlayaraq Rusiyadan gətiriləcək dəniz məhsullarına yeni gömrük tarifləri tətbiq olunacaq. Bildirilir ki, Rusiyadan ixraca tətbiq olunacaq yeni tariflər Yaponiyanın Rusiyanı ən əlverişli xalq rejiminin əhatə etdiyi ölkələr siyahısından çıxarması ilə bağlıdır. Tariflərin tətbiqi gömrük rüsumları, Rusiyadan idxal edilən xərçəng ətinə görə 4 faizdən 6 faizədək, dəniz kirpisi üçün 7 faizdən 10 faizə, qızılbalıq üçün 3,5 faizdən 5 faizədək artacaq. Bununla yanaşı, mayeləşdirilmiş təbii qaza və ya kömür kimi mühüm idxal məhsullarına tariflərin qaldırılmayacağı qeyd edilir.
Qanunun kriptovalyuta ilə əlaqədar əməliyyatları tənzimləyəcəyi də bildirilir. Belə ki, kriptovalyuta ilə işləyən birjalar bundan sonra həmin vəsaitin sanksiyaların tətbiq olunduğu şəxslərə köçürülməməsini təmin etməlidirlər.
Əlavə olaraq bildirək ki, Yaponiya Rusiyaya qarşı artıq bir neçə sanksiya paketi qəbul edib. Həmin sanksiyalar Rusiyadan ixrac olunan 300-dən çox əmtəəni əhatə edir ki, buraya da yarımkeçiricilər, radarlar, sensorlar, lazerlər və digər texnika daxildir. Həmçinin sanksiyalar lüks avtomobillərə və zinət əşyalarına da şamil edilib.
Yaponiyanın Rusiyaya qarşı sanksiyaları, eyni zamanda, 499 soyadını və 160-dan çox təşkilatı əhatə edir ki, buraya da 9 böyük bank da daxildir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts