Yaponiya öz vətəndaşlarını Sudandan təxliyə edir

Tokio, 20 aprel , /AJMEDIA/

Yaponiyanın müdafiə naziri Yasukadzu Hamada ölkə vətəndaşlarını silahlı münaqişənin davam etdiyi Sudandan çıxarmaq üçün Cibutiyə təyyarə göndərməyi tapşırıb.
AJMEDIA NHK telekanalına istinadla xəbər verir ki, Yaponiya ordusuna məxsus təyyarənin qarşıdakı istirahət günlərində Cibutiyə uçacağı gözlənilir. Hazırda Sudanda təxminən 60-a yaxın yaponiyalının olduğu bildirilir.
Xatırladaq ki, aprelin 15-də Merove və Xartum şəhərlərində xüsusi təyinatlı qüvvələrlə Sudan ordusu arasında toqquşmalar başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, beş gündən bəri davam edən döyüşlər nəticəsində aralarında dinc sakinlərin də olduğu 300 nəfərə yaxın insan həlak olub.
Hazırda Sudan paytaxtında elektrik enerjisi təminatı pozulub, içməli su və ərzaq çatışmır, məktəblər və ofislər işləmir. Elektrik enerjisi olmadığından xəstəxanalar normal fəaliyyət göstərə bilmir. Bu vəziyyət fonunda bir çox sakinlər Xartumu tərk etməyə çalışır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts