Yaponiya əldə düzəltmə silahlara nəzarəti gücləndirəcək

Tokio, 12 iyul , /AJMEDIA/

Yaponiya hökuməti sabiq Baş nazir Şinzo Abenin qətlindən sonra əldə düzəltmə silahlara qarşı nəzarəti daha da gücləndirmək tədbirlərini nəzərdən keçirəcək.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno iyulun 12-də keçirilən mətbuat konfransı zamanı bəyan edib.
“Əldə düzəltmə sılahlara qarşı nəzarəti gücləndirmək üçün əlavə tədbirlərə gəlincə isə, biz həm son hadisənin, həm də buna bənzər digər hadisələrin nəticələrini araşdırdıqdan sonra müvafiq qərar qəbul edəcəyik”, – deyə baş katib bildirib.
Xatırladaq ki, sabiq Baş nazir Şinzo Abe iyulun 8-də Nara şəhərində küçə mitinqində çıxış edərkən 41 yaşlı Tetsuya Yamaqami ona əldə düzəltmə silahdan iki dəfə atəş açıb. Ş.Abe xilasedicilərin helikopteri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts