Ümumi orta təhsil bazasından kolleclərə qəbul olanların qeydiyyatına start verilir

Tokio, 22 avqust , /AJMEDIA/

Avqustun 22-də ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olanlar üçün qeydiyyat prosesinə start verilir.
Bu barədə AJMEDIA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Müraciətçilər “portal.edu.az” üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi mövcuddur.
Elektron sistem üzrə qeydiyyat prosesi 1 sentyabr saat 23:59-da yekunlaşacaq. Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts