Ukrayna PUA istehsalı üçün müttəfiqlərindən 1,5 milyard dollar istəyib

Tokio, 20 fevral , /AJMEDIA/

Ukrayna hakimiyyəti Qərb ölkələrindən öz ərazisində pilotsuz uçuş aparatlarının (PUA) istehsalına 1,5 milyard dollar sərmayə qoymağı xahiş edib.

AJMEDIA xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Yekaterina Çernoqorenko məlumat verib.

“Biz Ukraynada PUA istehsalına 1,5 milyard dollar cəlb etmək imkanını axtarırıq. Tərəfdaşları pilotsuz təyyarələrin ən effektiv tədqiqi və inkişafına sərmayə qoymağa çağırırıq”, – deyə nazir müavini Ukraynadakı Qərb səfirliklərinin hərbi attaşeləri ilə görüşdə bildirib.

Bundan əvvəl Ukrayna Aviasiya Kəşfiyyatına Dəstək Mərkəzinin rəhbəri Mariya Berlinskaya bəyan etmişdi ki, hakimiyyət Ukraynada hücum pilotsuz təyyarələrinin yığılmasını təşkil etmək üçün bir yol tapmasa, ölkənin silahlı qüvvələri geri çəkilməyə məcbur olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts