Ukrayna “Baykar” şirkəti ilə yeni müqavilələr bağlayıb

Tokio, 30 aprel , /AJMEDIA/

Ukrayna və Türkiyənin məşhur “Bayraktar” pilotsuz təyyarələrinin istehsalçısı olan “Baykar” şirkəti arasında yeni əməkdaşlıq müqavilələri imzalanıb.
AJMEDIA xəbər verir ki, bu barədə Ukrayna sənayesinin strateji sahələri üzrə naziri Aleksandr Kamışin teleqram səhifəsində məlumat yayıb.
“Türkiyədə “TEKNOFEST 2023” beynəlxalq aviasiya texnikası sərgisində bir çox görüşlərim oldu. Bu görüşlərin bir məqsədi var – Ukraynanın müdafiə sənayesini gücləndirmək yollarını tapmaq”, – deyə nazir bildirib.
Kamışin deyib ki, Ukrayna Türkiyənin “Baykar” şirkəti ilə üç yeni müqavilə bağlayıb.
“Mən sizə təfərrüatları deməyəcəyəm, amma sizi əmin edirəm ki, bu müqavilələr ölkəmizə ixrac gəlirləri və yeni nəsil silahlar təqdim edir”, – deyə nazir vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts