Türkiyədə zəlzələnin 11-ci günü: Dağıntılar altından 17 yaşlı qız sağ çıxarıldı

Tokio, 16 fevral , /AJMEDIA/

Türkiyədə baş verən zəlzələnin dağıdıcı təsirinə məruz qalan Kahramanmaraşda 17 yaşlı Aleyna Ölmez adlı qız dağıntılar altından 248 saat sonra sağ çıxarılıb.
AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, möcüzəli qurtarış Dulkadiroğlu rayonunun Kayabaşı məhəlləsində qeydə alınıb. Xilas edilən qız xəstəxanaya yerləşdirilib.
Agentliyin məlumatına görə, əsrin fəlakəti adlandırılan zəlzələnin 6-cı günündən 11-ci gününədək dağıntılar altından azı 66 nəfər sağ çıxarılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts