Türkiyədə zəlzələ: həlak olanların sayı 12 min 873 nəfərə çatıb

Tokio, 9 fevral , /AJMEDIA/

Türkiyədə zəlzələ nəticəsində indiyədək 12 min 873 nəfərin həlak olduğu, 62 min 937 nəfərin yaralandığı təsdiqlənib.
AJMEDIA xəbər verir ki, Türkiyə vaxtı ilə bu gün saat 7:45-ə olan son məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən açıqlanıb.
Fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra 1117 afterşok qeydə alınıb. Zəlzələ bölgəsinə 113 mindən çox personal cəlb olunub. Axtarış-xilasetmə əməliyyatlarında 24 min 727 xilasedici iştirak edir. Xarici ölkələrdən 5 min 709 nəfər xilasedici gəlib. Zəlzələdən ən çox zərər çəkən 10 şəhərdə 92 min 738 çadır qurulub.
Qeyd edək ki, zəlzələdə yaralananların müalicəsi üçün Azərbaycanın tibb müəssisələrində 2 min çarpayı ayrılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts