Türkiyədə səkkiz yüz il əvvələ aid alət tapılıb

Tokio, 20 Oktyabr, /AJMEDIA/

Türkiyənin İzmir şəhərindəki Yeşilova və Yassıtepe kurqanlarında aparılan qazıntı işləri zamanı 8 min il əvvələ aid balıq şəklində hazırlanmış əl aləti tapılıb.

AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, qazıntı heyətinin başçısı professor Zafer Derin şəhərin 8000 illik tarixinə işıq tutan qazıntılar çərçivəsində sümük balıq fiquru şəklində hazırlanmış 15 santimetr uzunluğunda bir alət tapıldığını söyləyib.

Bu alətin balıq pulcuqlarını təmizləmək üçün istifadə edildiyini söyləyən Derin, üzərində balığın pulcuğu və quyruğu kimi detallarında işləndiyini bildirib.

Qeyd edək ki, 2005-ci ildən bəri davam edən Yeşilova və Yassıtepe kurqanlarının qazıntıları nəticəsində bir çox tapıntılar aşkarlanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts