Türkiyədə kibertəhlükəsizlik sahəsində “ulduzlar” müəyyən ediləcək

Tokio, 23 fevral , /AJMEDIA/

Türkiyənin İnformasiya Texnologiyaları və Kommunikasiyalar İdarəsi (BTK) kibertəhlükəsizlik sahəsində “ulduzları” aşkar etmək məqsədilə növbəti müsabiqə elan edib.

AJMEDIA Türkiyənin Nəqliyyat və Kommunikasiyalar Nazirliyinə istinadla xəbər verir ki, kibertəhlükəsizlik sahəsində onlayn müsabiqəyə müraciətlər martın 8-dək www.siberyildiz.com saytında qəbul edilir.

Martın 8-i axşam saatlarında start götürəcək müsabiqədə heç bir yaş və təhsil məhdudiyyəti olmadan dünyanın istənilən ölkəsindən mütəxəssislər iştirak edə bilər. Bu halda həm fərdi, həm də 4 istifadəçidən ibarət komandaların iştirakına icazə verilir.

Əvvəlki illərdə keçirilmiş BTK müsabiqələrində orta hesabla 20 mindən çox ekspert iştirak edirdi və bu il təşkilatçılar rekord sayda müraciət gözləyirlər.

Müsabiqənin nəticələrinə görə TOP-100-ə daxil olan mütəxəssislərdən bəziləri Türkiyənin Milli Kiber İnsidentlərə Müdaxilə Mərkəzində (USOM) işləmək imkanı əldə edəcəklər.

USOM-un missiyasının məqsədi kibertəhlükələrin qarşısını almaq, o cümlədən Türkiyənin dövlət qurumlarının 24/7 informasiya təhlükəsizliyini təmin etməkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts