Türkiyədə axtarışda olan cinayətkar İstanbulda saxlanılıb

Tokio, 29 dekabr, /AJMEDIA/

İstanbulda keçirilən əməliyyat nəticəsində “Sarallar” kimi tanınan mütəşəkkil cinayət təşkilatının liderlərindən S.Barış saxlanılıb.

AJMEDIA xəbər verir ki, İstanbulun Böyükçəkməcə rayonunda tutulan şəxs 2016-cı ilin may ayından etibarən “cinayət törətmək məqsədilə təşkilat yaratma”, “təşkilatın fəaliyyəti çərçivəsində talama”, “qəsdən adam öldürmə”, “sələmçilik” və “hədə-qorxu” cinayətləri ilə axtarışda olan təşkilat üzvlərindən biridir.

S.Barışın iki ayrı ünvanında aparılan axtarış zamanı çox sayda silah-sursat aşkarlanıb.

Əməliyyat davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts