Türkiyə ordusunun üç hərbçisi şəhid olub

Tokio, 27 noyabr , /AJMEDIA/

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı həyata keçirən birlikləri terrorçuların hücumuna məruz qalıb.
AJMEDIA Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, noyabrın 26-da terrorçuların açdığı atəş nəticəsində 3 türk hərbçi həlak olub, ikisi yaralanıb.
Göstərilən səylərə baxmayaraq, ildırım vurması nəticəsində yaralanan digər bir hərbçi də dünyasını dəyişib.
Türkiyənin müdafiə naziri Hulusi Akar acı hadisə ilə əlaqədar bölgədə davam edən antiterror əməliyyatının “koordinasiya mərkəzinə” gəlib.
Antiterror əməliyyatları davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts