Türkiyə ordusu şəhid verib

Tokio, 30 may , /AJMEDIA/

İraqın şimalında terrorçularla qarşıdurma nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən Türkiyə ordusunun əsgəri edilən tibbi müdaxilələrə baxmayaraq vəfat edib.
AJMEDIA xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.
Nazirlikdən verilən açıqlamada deyilir: “Bizi dərin ağrı və hüznə boğan bu hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və millətimizə başsağlığı verir, səbir diləyirik”.
Xatırladaq ki, hadisə mayın 27-də “Pəncə-Kilit” şərti adı altında başladılan növbəti antiterror əməliyyatlarının aparıldığı bölgədə baş verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts