Tokioda OANA-nın İcraiyyə Komitəsinin 52-ci iclası keçirilib

Tokio, 8 mart , /AJMEDIA/

Yaponiyanın Kyodo agentliyinin təşkilatçılığı ilə Tokioda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 52-ci iclası keçirilib.

Təşkilatın İcraiyyə Komitəsində 14 agentlik təmsil olunur. Hazırda İranın İRNA agentliyinin sədrlik etdiyi OANA-ya 35 ölkədən 44 agentlik daxildir.

İclasda maliyyə, texniki və təşkilati məsələlərə baxılıb. Üzvlər hər il “Ən yaxşı foto” və “Ən yaxşı məqalə” nominasiyalarında müsabiqələrin keçirilməsini qərar alıblar. Toplantı iştirakçıları, həmçinin təşkilatın veb-saytının fəaliyyəti, sosial şəbəkələrdə aktivlik, üzv agentliklərə media dəstəyi mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

Üzvlərin yekdil qərarı ilə İcraiyyə Komitəsinin növbəti iclası bu ilin sentyabrında Moskvada keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts