Tarix Muzeyində ictimai-siyasi xadim Nəriman Nərimanova məxsus materiallar qorunur

Tokio, 14 aprel , /AJMEDIA/

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr, Hədiyyələr və xatirə əşyaları, Fotoneqativ fondlarında həkim, ictimai-siyasi xadim, yazıçı Nəriman Nərimanova məxsus yazı ləvazimatı, qəzet, jurnal və fotomateriallar qorunur.

Bu barədə AJMEDIA-ya muzeydən məlumat verilib. Bildirilib ki, muzeydə qorunan həmin materiallar arasında Ali Pedaqoji İnstitutun xəbərləri bölməsində institutun təsisatının 3-cü ildönümünə həsr olunan sayında N.Nərimanovun müəllim və tələbələrə müraciəti (Bakı 1925-ci il), həmçinin N.Nərimanovun Həştərxanın ictimai xadimləri arasında fotosu yer alır.

Xatırladaq ki, 2020-ci ildə Nəriman Nərimanovun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq ölkədə silsilə tədbirlər keçirilib.

Nəriman Nərimanov 1870-ci il aprelin 14-də Tiflis şəhərində anadan olub. Qori Müəllimlər Seminariyasını bitirib və məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köməyilə tibb təhsili alıb. Hələ gənc yaşlarında Bakıda kitabxana-qiraətxana açıb və ana dilində məktəblər üçün dərsliklər hazırlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts