Təhsildə Keyfiyyət Təminatı Agentliyi beynəlxalq təşkilata üzv olub

Tokio, 6 sentyabr , /AJMEDIA/

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Beynəlxalq Kvalifikasiyaları Qiymətləndirmə Mütəxəssisləri Assosiasiyası (TAICEP) arasında bu təşkilata tamhüquqlu üzvlük haqqında müqavilə imzalanıb.
Bu barədə AJMEDIA-ya Agentlikdən məlumat verilib. Bildirilib ki, TAICEP-in əsas məqsədlərinə kvalifikasiyaların tanınması sahəsində ümumi standartların inkişaf etdirilməsi və təbliği, qiymətləndirilmədə istifadə olunan nəzəriyyələrin, metodologiyaların və ən yaxşı təcrübələrin müəyyən olunaraq inkişaf etdirilməsi, bu sahədə müvafiq qruplarla əməkdaşlığın təşviqi, təlim və digər təhsil imkanlarının müəyyənləşdirilməsi daxildir.
Qeyd etmək lazımdır ki, Assosiasiyaya tamhüquqlu üzvlük Təhsildə Keyfiyyət Təminatı Agentliyinə beynəlxalq təşkilatda təmsil olunmaq imkanı yaratmaqla yanaşı, kvalifikasiyaların tanınması sahəsində beynəlxalq təcrübəni daha yaxından öyrənmək, təşkilata üzv olan müxtəlif ölkə təmsilçilikləri ilə çoxşaxəli və operativ əməkdaşlıq etmək, təşkilatın elektron məlumat mənbələrindən istifadə etmək, habelə Assosiasiyanın müşavirə və konfransları vasitəsilə ölkəmizin bu sahədəki təcrübəsini beynəlxalq arenaya çatdırmaq kimi üstünlükləri özündə ehtiva edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts