Təhsil tələbə kreditindən subbakalavrlar da faydalana bilərlər – Təklif

Tokio, 10 dekabr , /AJMEDIA/

Təhsil Tələbə Kredit Fondunda ölkəmizdə fəaliyyət göstərən bir sıra təhsil ekspertləri, QHT və konsaltinq şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Fonddan AJMEDIA-ya bildirilib ki, qarşılıqlı diskussiya formatında keçirilən görüşdə tələbələrin mövcud sistemdən daha çox yararlana bilmələri üçün bir sıra maraqlı təkliflər səsləndirib. Təhsil tələbə kreditindən subbakalavrların, qiyabi və xaricdə təhsil alanların da istifadə edə bilməsinin arzuolunan olduğu qeyd edilib. Bundan başqa, maarifləndirmə görüşlərinin ali təhsil müəssisələri ilə yanaşı, orta məktəblərdə də təşkil edilməsinin vacibliyi vurğulanıb.
Ekspertlər yaradılan bu imkanın tələbələrin motivasiyasını artıracağını, təhsilin keyfiyyətinə müsbət təsir edəcəyini bildiriblər. Görüş zamanı beynəlxalq təcrübədən danışılıb, suallar cavablandırılıb, qeyd olunan təkliflər ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Fond əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyevin 2021-ci il 17 iyun tarixli Fərmanı ilə yaradılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts