Tədrisin digər dillərdə aparıldığı siniflər üçün məktəb və müəllim seçiminə başlanılır

Tokio, 13 iyun , /AJMEDIA/

İyunun 13-dən 2022-2023-cü dərs ili üzrə tədrisin digər dillərdə aparılacağı siniflər üçün məktəb və müəllim seçiminə başlanılır.
Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibədən uğurla keçən uşaqlar üçün valideynləri tərəfindən qeyd edilən tarixdən məktəb və müəllim seçiminə dair sorğular yerləşdirilə bilər.
Müvafiq tarixdən rus bölməsi üzrə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə qəbulla bağlı prioritetlər üzrə məktəb seçimi və prioritetlər üzrə üstünlüyə malik olmayanlar üçün müsabiqəyə yazılma (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi də daxil olmaqla) prosesinə də başlanılır.
İyunun 20-də rus bölməsi üzrə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə müsabiqəyə yazılma prosesi bitir. İyunun 21-30-da müsabiqələrin keçirilməsi planlaşdırılır. İyulun 5-də isə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçiminin aparılması prosesinə başlanılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts