“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində internet resursları və poçt markaları hazırlanacaq

Tokio, 9 fevral , /AJMEDIA/

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili ilə bağlı internet resursları və xatirə materialları hazırlanacaq.
AJMEDIA xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiqində yer alıb.
Həmçinin “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ili ərzində poçt markalarının və xatirə nişanının hazırlanması, Şuşa şəhərinin elektron xəritəsinin və mobil tətbiqinin hazırlanması və “Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa” portalının yaradılması da nəzərdə tutulur.
Qeyd olunan işlərin icrası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts