Aida Mahmudovanın “Bir arzu gerçəkləşir“ (A Dream Unfolds) adlı fərdi sərgisi “Vision Art Platform”da

Tokio, 11 aprel , /AJMEDIA/

“Vision Art Platform” Aida Mahmudovanın “Bir arzu gerçəkləşir“ (A Dream Unfolds) adlı yeni fərdi sərgisinə ev sahibliyi edəcək. 23 aprel 2024-cü il tarixində, çərşənbə axşamı saat 17.00-da açılışı həyata keçiriləcək olan sərgi Akaretler 35 ünvanında yerləşən “Vision Art Platform“da 22 iyun 2024-cü ilə kimi davam edəcək.

“Dünyanı görmənin fərqli bir yolu”

İncəsənət bəşəriyyətin yaranmasından etibarən həyatın hər sahəsində əhəmiyyətli rol oynayır və sənətkarlar tarix boyu duyğularını, düşüncələrini və təcrübələrini ifadə etmək üçün fərqli yollardan istifadə ediblər. İncəsənətin bu ifadə gücü tarix, cəmiyyət və mədəniyyət kontekstlərində insanlar üzərində dərin təsirlər yaradıb. İncəsənət hər hansı bir dövrün yaşayış tərzini, inanclarını və mədəni dəyərlərini əks etdirməklə yanaşı müvafiq dövrün fəlsəfi və estetik anlayışlarını da göstərir. Bu, cəmiyyət dəyərləri aspektindən incəsənət, insanları bir araya gətirən, duyğularımızı ifadə etməyi təmin edən və ortaq bir dil formalaşdıran bir təcrübədir. Bununla yanaşı, incəsənət bəzi hallarda mövcud estetik ahəngə qarşı çıxaraq müstəqil bir ifadə tərzi də nümayiş etdirir. Hər bir sənətkar dünyanı fərqli baxış bucaqlarından bizə izah edir. Sözü Aida Mahmudovaya gətirmək istəyirəm. Sent-Martin İncəsənət və Dizayn Kollecində təhsil almış rəssam bu günə kimi Belçika, London, Roma, Nyu York, Moskva, Tbilis vı Bakı kimi şəhərlərdə beynəlxalq fərdi sərgilər təşkil etmiş, eləcə də qrup sərgilərində də iştirak edib. Aida xanım həm də 55 və 56-cı Venesiya Bienalında iştirak edib.

Aida Mahmudova incəsənəti ifadə etmək axtarışındadır və materialların mahiyyətinə dalaraq konkret obrazlar və abstrakt və yarı abstrakt formalar vasitəsi ilə dünyanın sirrini açmağa çalışır. Yaradılışın mahiyyəti ilə bağlı araşdırmalarını bir filosof kimi davam edir və bütün qaranlıq məqamları aşkara çıxarmaq üçün ciddi cəhdlər göstərir.

Maddi dünyanı məlumat əldə etmək üçün oxuduğumuz və istinad etdiyimiz kitab kimi nəzərə alsaq, Aida Mahmudova bu anlayışı sözün əsl mənasında mənimsəyib və bunu tətbiq edir. Onun fəaliyətləri bu qeyri-adi kitabdaki fəsillər kimidir – hər bir əsər və yeni mərhələ onun yaradıcılığının başqa məziyyətlərini ortaya çıxarır.

Aida Mahmudovanın fəaliyyəti təbiətin möhtəşəm gözəlliyini ifadə etmək üçün yazılan şeiri xatırladır. Uilyam Vordsvortun həzin duyğu xatirələri kimi Aida xanımın da əsərləri dərin təfəkkürə sövq edir və insanlar onun kompozisiyalarının dərinliklərində özlərini unduraq sənətin sehrinə qapılırlar.

Sənətkar əsla səthi ifadə tərzi ilə kifayətlənmir və görünməyən reallıqları ifadə etməyə çalışır. Aida Mahmudova materialları və avadanlıqları ifadə etmək potensialını diqqət mərkəzində saxlayır. Onun istilik, işıq, rəng və maddə ilə həyata keçirdiyi təcrübələr vasitəsi ilə tək bir fəaliyyətin sərhədi aşılır və çox dərin məna çalarlarına malik əsərlər ərsəyə gətirilir və beləcə, insanlar və əsərlər arasında instiktiv əlaqələrin yaradılmasına rəvac verilir.

Bu nöqteyi-nəzərdən, Aida Mahmudovanın əsərləri innovativ materialar və yanaşmalar ilə səciyyələnir və avangard düşüncə tərzi konkretləşir. Sənətkar dərin ifadələr yaratmaq üçün innovativ metodlardan istifadə edir. Bunların funksionallığına nail olmaq üçün manipulyasiyalar həyata keçirir və nəticədə, incəsənət və real dünya arasında sərhəd tam mənası ilə dərk edilmir.

Mütəmadi olaraq fərqli materiallar axtarışında olan və potensialını daim inkişaf etdirən sənətkar vizual olaraq diqqəti cəlb edən, duyğu və intellekti tətikləyən əsərlər ərsəyə gətirir. Aida Mahmudovanın əsərləri bizi incəsənətlə bağlı düşüncələrimizi yenidən nəzərdən keçirməyə sövq edir və dünyanı fərqli bir baxış bucağından yenidən dərk etməyə səsləyir.

*Fırat Arapoğlu, “Bir arzu gerçəkləşir” sərgi çıxışı

Aida Mahmudova haqqında:

Aida Mahmudova azərbaycanlı rəssam və gənc rəssamlara yerli və beynəlxalq səviyyədə dəstək göstərən YARAT Müasir İncəsənət Mərkəzinin təsisçisidir. 2011-ci ildə Bakıda fəaliyyətə başlayan YARAT şəhərdə üç sərgi məkanı vasitəsi ilə gənc rəssamlar tərəfindən həyata keçirilən tədbirlər və proqramları təşkil edir. Aida Sent Martin adına İncəsənət və Dizayn Mərkəzi kollecini təsviri incəsənət üzrə bakalavr dərəcəsinə malikdir. O, müxtəlif texnika və vasitələrdən istifadə edir və onun əsərləri beynəlxalq səviyyədə sərgilənir.

Sərgi tarixləri:

Aida Mahmudova “Bir arzu gerçəkləşir“ (A Dream Unfolds)

23.04 – 22.07.2024

Aida Mahmudova / instagram @aidasaya

Sərgiyə giriş saatları:

Çərşənbə axşamı – Cümə 11.00 – 18.00

Şənbə 12.00 – 18.00

Bazar, bazar ertəsi- Bağlı
Sərgi ödənişsizdir.

Əlavə məlumat və reportaj üçün: [email protected]

Ünvan:
Süleyman Seba küç, Akaretler No:35
Beşiktaş, İstanbul

Sosial Media:
Instagram @visionartplatform
Facebook @visionartplatform

Follow us on social

Facebook Twitter Youtube

Related Posts