Suriyada zəlzələ zonasında vəba epidemiyası azı 22 nəfərin həyatına son qoyub

Tokio, 28 fevral , /AJMEDIA/

Suriya müxalifətinin idarə etdiyi mülki müdafiə qərargahının məlumatına görə, bu ölkənin şimal-qərb bölgəsində baş vermiş dağıdıcı zəlzələdən sonra yayılan vəba epidemiyası nəticəsində azı 22 nəfər həyatını itirib.
AJMEDIA “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, zəlzələ zonasında fəaliyyət göstərən əcnəbi həkim briqadası Suriyanın bu bölgəsində su-kanalizasiya sistemləri və infrastrukturun dağıldığını, bunun nəticəsində vəba virusuna daha 568 yoluxma halının qeydə alındığını bildirib. Epidemiyanın yayılmasının qarşını almaq məqsədilə həkimlər BMT-nin nümayəndələrinə zəlzələdən zərərçəkənlərə içməli su çatdırılması xahişi ilə müraciət ediblər.
Rəsmi məlumata görə, Suriyanın şimal-qərb bölgəsində güclü zəlzələ nəticəsində 5914 nəfər həyatını itirib, on minlərlə insan xəsarət alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts