Şri-Lankada fövqəladə vəziyyət rejimi elan edilib

Tokio, 18 iyul , /AJMEDIA/

Şri-Lankanın prezidenti vəzifələrini icra edən Baş nazir Ranil Vikramasinqh respublikada fövqəladə vəziyyət rejimi tətbiq edib.
AJMEDIA Şri-Lanka mediasına istinadla xəbər verir ki, baş nazirin bu gün dərc olunan fərmanında fövqəladə vəziyyətin ictimai təhlükəsizlik, ictimai asayişin mühafizəsi, həmçinin tədarük və xidmətin dəstəklənməsi üçün tətbiq olunduğu deyilir.
Şri-Lankada siyasi vəziyyət iyulun 9-da etirazçıların dövlət başçısı və baş nazirin iqamətgahlarını ələ keçirməsindən sonra daha da gərginləşib. Kütləvi etiraz aksiyalarına ölkədə iqtisadi vəziyyətin kəskin pisləşməsi səbəb olub. Şri-Lanka xarici valyuta, yanacaq və neft məhsulları, gübrə, qida məhsulları, həmçinin tibbi preparatların qıtlığı ilə üzləşib.
İyulun 15-də Şri-Lankanın sabiq prezidenti Qotabaya Racapaksa ölkəni tərk edərək Sinqapura gedib və oradan istefası barədə rəsmi məktub göndərib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts