Şəki sakini: “İpək Yolu” festivalını iki ildir ki, həsrətlə gözləyirdik

Tokio, 9 iyul , /AJMEDIA/

Bu günlərdə doğma Şəkimizdə həvəslə gözlədiyimiz “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçirilir. Pandemiya səbəbindən iki ildir ki, bu festival keçirilmirdi. Şükürlər olsun ki, festival yenidən şəhərimizə, həyatımıza qayıdıb.
AJMEDIA xəbər verir ki, bu sözləri Şəki şəhərinin sakini Şəmsiyyət Əsgərova jurnalistlərə müsahibəsində deyib.
Şəhər sakini bildirib ki, Şəkinin mədəni həyatında bu festivalların çox böyük önəmi var. Belə tədbirlərdə insanların mədəni həyata inteqrasiyası daha da artır. “Biz, şəkililər festivalımızla çox fərəhlənirik. Şəkinin Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olmasından çox sevinir, qürur hissi keçiririk”,- deyə sakin vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts