Rusiya və Belarus parlamentariləri Azərbaycandakı seçkilərin tarixi əhəmiyyəti barədə danışıblar

Tokio, 12 fevral , /AJMEDIA/

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri sadəcə tarixi seçkilər deyil, bu, həm də Azərbaycanın strateji təşəbbüsləri və planları nöqteyi-nəzərindən formatın dəyişməsidir. Fikrimcə, bu, həm beynəlxalq aləmdə, həm də ölkə daxilində yeni müəyyən çağırışlardır. Ölkə daxilində bu, ilk növbədə, ərazilərin bərpasıdır ki, burada hələ böyük iş görülməlidir.

AJMEDIA xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Aleksey Juravlyov CBC telekanalında “Anastasiya Lavrina ilə qlobal diskussiya” verilişinin efirində bildirib.

Onun sözlərinə görə, insanlar perspektiv görəndə onlar sadəcə formal olaraq deyil, ümidlə səs verirlər. “Məhz bunu mən seçki məntəqələrində hiss etdim”, – deyə millət vəkili bildirib.

Azərbaycan-Rusiya münasibətlərindən danışarkən, o vurğulayıb ki, Rusiyaya güclü Azərbaycan lazımdır, çünki bu, ona istənilən təhlükəni unutmağa imkan verir.

Öz növbəsində, Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının sədr müavini Valeri Belski bildirib ki, Azərbaycanda keçirilən seçkilərin nəticələri çox böyük əhəmiyyət kəsb edir. “Çünki bu, xalqın hazırkı liderinə verdiyi qiymət və gələcəyə ümiddir, inam kreditidir. İlk növbədə, indi əsas vəzifə regionun bərpasıdır. Mənim ikinci təəssüratım, əlbəttə ki, dağıdılmış şəhərlərdir, iqtisadçı kimi hələ sovet dövründən xatırlatdığım Ağdam – çiçəklənən tarlalar, üzüm bağları, indi isə hələ də mövcud olan səngərlər, bunkerlər. Gələcək onilliklər ərzindəki Azərbaycan üçün problem ərazilərinin minalardan təmizlənməsi olacaq. Mümkün qədər öhdəsindən tez gəlməsini diləyirik. Belarus, əlbəttə ki, bacardığı qədər kömək edəcək”, – deyə A.Lavrinanın həmsöhbəti vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts