Rusiya Bolqarıstana qaz nəqlini dayandırıb

Tokio, 27 aprel , /AJMEDIA/

Rusiyanın “Qazprom Export” şirkəti Bolqarıstana qaz nəqlinin dayandırıldığını rəsmən elan edib.
AJMEDIA xəbər verir ki, bu barədə Bolqarıstanın Energetika Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, aprelin 27-dən etibarən Bolqarıstana təbii qaz tədarükü dayandırılır.
Qeyd olunur ki, Energetika Nazirliyi, “Bulqarqaz” və “Bulqartransqaz” qaz təchizatı və problemlərin həlli ilə bağlı alternativ yollar axtarır. Hazırda Bolqarıstanda qaz istehlakı ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts