Respublika Gənclər Kitabxanası Şah İsmayıl Xətainin 535 illik yubileyi münasibətilə virtual sərgi hazırlayıb

Tokio, 23 iyul , /AJMEDIA/

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən şair, dövlət xadimi Şah İsmayıl Xətainin 535 illik yubileyi münasibətilə virtual sərgi hazırlanıb.
AJMEDIA xəbər verir ki, virtual sərgidə Xətainin həyat və fəaliyyəti, siyasi lider kimi uğurları haqqında məlumat yer alıb. Burada Şah İsmayılın 14 yaşında hakimiyyətə gələrək vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti olan Səfəvi dövlətini yaradan bir şəxsiyyət olması, həmçinin ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısı olması qeyd edilib. Virtual sərgidə Ş.İ.Xətainin hökmdarlıq mövqeyi ilə yanaşı, onun şair kimi yaradıcılığına da geniş yer verilib. Materialda şairin Azərbaycan və türk dillərində müəllifi olduğu 14-dən, eləcə də haqqında yazılan 10-dan çox kitabın biblioqrafik təsviri verilib. Virtual kitab sərgisində Şah İsmayıl Xətai haqqında deyilən, həmçinin onun özünün müəllifi olduğu ibrətamiz kəlmələr də yer alıb.
Qeyd edək ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytının https://ryl.az/multimedia/sah-ismayil-xetai linkındə yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts