Qazaxıstanlı ekspert: Biz ən iri geostrateji layihənin – Orta Dəhlizin həyata keçməsinin astanasındayıq

Tokio, 23 iyun , /AJMEDIA/

Biz ən iri geostrateji layihənin həyata keçməsinin astanasındayıq. Orta Dəhliz nəinki məhsulların, həm də xidmətlərin, texnologiyaların, elmi-texnoloji fikirlərin və dəyərlərin yeni sabitlik və tranzit vektoruna çevriləcək.
AJMEDIA xəbər verir ki, bu fikirləri qazaxıstanlı politoloq, siyasi elmlər doktoru Talqat Kaliyev Qazaxıstanın Baş naziri Alixan Smailovun Azərbaycana səfərini şərh edərkən deyib.
“Sözsüz ki, Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər 30 ildə olduğu kimi hazırda da çox yüksək səviyyədədir. Bu münasibətlər təkcə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ruhu ilə deyil, həm də qardaşcasına dostluq, liderlərimiz arasındakı dostluq, qarşılıqlı etimadla qidalanıb. Həm iqtisadiyyat, həm də humanitar, elm, mədəniyyət sahələrində çox sıx əlaqələr mövcuddur. Bizi ortaq türk tarixi birləşdirir. Buna görə də biz, eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli əməkdaşlıq formatındayıq”, – deyən agentliyin müsahibi Qazaxıstanın da Azərbaycan kimi bu prosesin fəal təkanverici qüvvələrindən biri olduğunu əlavə edib.
Ekspertin sözlərinə görə, hazırda Bakı və Astana arasında münasibətlər Orta Dəhlizin inkişaf perspektivi ilə yeni səviyyəyə çıxır.
“Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Qazaxıstana, Aktauya, bilavasitə Kurık limanına dünənki səfəri də bu layihənin əhəmiyyətini vurğuladı. O, bununla ən yüksək marağı nümayiş etdirdi və görünür, bu dəhlizin həm buraxıcılıq qabiliyyətini, həm də inkişaf səviyyəsini dəyərləndirdi. Xatırlatmaq yerinə düşər ki, ötən ilin təkcə 9 ayı ərzində Kurık limanı vasitəsilə yükaşırmanın həcmi əvvəlki 5 ilin ümumi həcmini üstələyib. Biz ən iri geostrateji layihənin – Orta Dəhlizin həyata keçməsinin astanasındayıq. Bu dəhliz nəinki məhsulların, həm də xidmətlərin, texnologiyaların, elmi-texnoloji fikirlərin və dəyərlərin yeni sabitlik və tranzit vektoruna çevriləcək”, – deyə T.Kaliyev vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts