BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Tokio, 10 may , /AJMEDIA/

Cari ilin birinci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 3 faiz artaraq 2377 nəfər olub.

AJMEDIA BP-nin cari ilin birinci rübünün yekun hesabatına istinadən xəbər verir ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts