Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Tokio, 10 may , /AJMEDIA/

Birinci rübdə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

AJMEDIA BP-nin cari ilin birinci rübünün yekun hesabatına istinadən xəbər verir ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Rüb ərzində terminal təxminən 55 milyon bareldən çox neft və kondensat ixrac edib ki, bu həcmlərin hamısı “Bakı-Tbilisi-Ceyhan” vasitəsilə nəql edilib. Bu da ötən il ilə müqayisədə 1 milyon barel və ya 1,8 faiz azdır.

Qeyd olunan dövrdə Səngəçal terminalından gündəlik orta hesabla təxminən 75 milyon standart kubmetr (təxminən 2 milyard 660 milyon standart kubfut) “Şahdəniz” qazı göndərilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts