Qazaxıstan taxıl və un ixracını məhdudlaşdırmağı planlaşdırır

Tokio, 4 aprel , /AJMEDIA/

Qazaxıstan daxili bazarın müdafiəsi üçün taxıl və un ixracını müvəqqəti olaraq məhdudlaşdırmaq məsələsi üzərində işləyir.

AJMEDIA Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı naziri Erbol Karaşukeyev parlamentin aşağı palatasında hökumət saatının kuluarlarında jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu tədbir yerli istehsalçıların dəyirmançılara taxıl satmaq istəməməsi ilə bağlıdır.

“Rusiya dənli bitkilərin ixracına qadağa qoyub, biz vəziyyəti görür, nəzarətdə saxlayırıq. Bizim taxıl balansımız hazırda müsbətdir və müsbət olaraq qalacaq. Daxili bazarımıza yetəcək, ixrac üçün də qalacaq. İxracatçılar yerli bazarda satmaq istəmir, ixrac qiymətlərinin nə vaxt artacağını gözləyirlər”, – deyə nazir izah edib.

Məhdudiyyətlərin tətbiqinin konkret müddətləri hələlik açıqlanmır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts