Qazaxıstan “açıq səma” rejimini beş il müddətinə uzadıb

Tokio, 6 yanvar , /AJMEDIA/

Uçuşların coğrafiyasının genişləndirilməsi və beynəlxalq uçuşların sayının artırılması ilə bağlı Qazaxıstan Prezidentinin verdiyi tapşırıqların icrası məqsədilə Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsi “açıq səma” rejiminin müddətini 2027-ci ilin sonuna qədər uzadıb.
AJMEDIA Kazinform agentliyinə istinadla xəbər verir ki, bu rejim uçuşların sayında bütün məhdudiyyətlərin aradan qaldırılmasını və Qazaxıstan aviaşirkətlərinin fəaliyyət göstərmədiyi marşrutlarda xarici aviakompaniyalara beşinci dərəcəli “hava azadlığı” verilməsini nəzərdə tutur.
Açıqlamada qeyd olunur ki, respublikanın 12 beynəlxalq hava limanında fəaliyyət göstərən “açıq səma” rejimi yeni xarici daşıyıcıların cəlb edilməsinə, aviadaşıyıcılar arasında rəqabətin inkişafına, beynəlxalq marşrutların açılmasına, aviabiletlərin qiymətinin ucuzlaşmasına, turizmin inkişafına və Qazaxıstan şəhərlərinin nəqliyyat əlçatanlığının artırılmasına kömək göstərir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts