“Qarabağın tarixi–mədəni irsi” respublika elmi konfransına məqalə qəbul olunur

Tokio, 12 aprel , /AJMEDIA/

Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə noyabr ayında keçiriləcək “Qarabağın tarixi–mədəni irsi” respublika elmi konfransına məqalə qəbulu davam edir. Konfrans ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təşkil olunacaq.

Muzeydən AJMEDIA-ya bildirilib ki, konfransda iştirak etmək üçün məruzələr iyunun 1-dək [email protected][email protected] ünvanlarına göndərilməlidir.

Konfrans Qarabağın maddi-mənəvi irsi və muzeylər, Qarabağın abidələri və görkəmli ziyalıları, Qarabağ irsinin muzey kolleksiyalarında təbliği məsələləri, Qarabağda müasir dövrdə aparılan mədəni quruculuq işləri mövzularını əhatə edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts