“Qarabağda döyüşən Bülbüləlilər” adlı kitabın təqdimatı keçirilib

Tokio, 8 avqust , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının oxu zalında Təranə Cəbiyeva və Qubat Bağırovun “Qarabağda döyüşən Bülbüləlilər” adlı kitabının təqdimatı keçirilib.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, tədbiri Mərkəzi Kitabxananın direktoru N.Hüseynova “Qarabağda döyüşən Bülbüləlilər” adlı bu kitabın Birinci və İkinci Qarabağ müharibələrində hərbiçi, qazi, eləcə də itkin və şəhid olan bülbüləli Vətən oğullarımızın keçdiyi qəhrəmanlıq yolundan bəhs etdiyini vurğulayıb.
Sonra kitabın müəllifi Qubat Bağırov çıxış edərək kitabın ərsəyə gəlməsi haqqında ətraflı məlumat verib.
Təqdimatda kitabxananın əməkdaşları yazıçı ilə fikir mübadiləsi edərək, təəssüratlarını bölüşüblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts