Qafqazşünaslıq İnstitutu “Şuşa İli”nə həsr olunan respublika elmi konfransı keçirəcək

Tokio, 12 aprel , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutu oktyabrda “Şuşa İli”nə həsr olunan “Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransı keçirəcək.

Bu barədə AJMEDIA-ya Qafqazşünaslıq İnstitutundan məlumat verilib.

Konfrans “44 günlük Vətən müharibəsi və Cənubi Qafqazda yeni reallıqlar”, “Cənubi Qafqazda ictimai-siyasi proseslər”, “Böyük və qonşu dövlətlərin Cənubi Qafqaz siyasəti”, “Cənubi Qafqazda Şuşa şəhərinin yeri” bölmələrini əhatə edəcək.

Elmi konfransda iştirak etmək istəyənlər tezislərini sentyabrın 10-dək [email protected] poçt ümvanına göndərməlidir. Müəlliflər konfransın Elmi Komitəsinin tezislər barəsində qərarı haqqında sentyabrın 15-də məlumatlandırılacaq. Yalnız müsbət rəy alan tezislər qəbul və çap ediləcək.

Tədbirin keçiriləcəyi gün barədə əlavə məlumat veriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts