Professor Ziyafət Həbibova: Şuşa tarixi abidələr məkanı, Azərbaycanın müqəddəs torpağıdır

Tokio, 14 fevral, /AJMEDIA/

Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası istiqamətində geniş tədbirlər həyata keçirilir. Şuşanın Baş planının hazırlanması, şəhərdə tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

1752-ci ildə əsası qoyulan Şuşa şəhərinin Azərbaycan tarixində mühüm yeri və rolu var. Əslən şuşalı olan alimlərimiz, şairlərimiz, mədəniyyət və incəsənət xadimlərimiz Azərbaycan iqtisadiyyatına, elminə, təhsilinə, mədəniyyətinə əvəzsiz töhfələr veriblər.

Bu fikirləri AJMEDIA-ya müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri professor Ziyafət Həbibova söyləyib. O qeyd edib ki, işğaldan azad olunmuş Şuşada aparılan quruculuq işləri şəhərin parlaq, xoşbəxt, firavan gələcəyinə böyük inam yaradır.

Şuşa Azərbaycan və azərbaycanlılar üçün Qarabağın ürəyi və rəmzidir. Vətən müharibəsi zamanı Şuşa əməliyyatı və Qələbəsi ilə mədəniyyət paytaxtını Azərbaycana qaytaran Prezident, Ali Baş Komandan İlham Əliyev xalqın Şuşa arzusunu reallaşdırmaqla yanaşı, həm də şəhərə öz tarixi simasını, möhtəşəmliyini qaytarmağı hədəfləyir. Şuşada “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin təşkili, Bülbülün ev-muzeyinin, tarixi abidələrin bərpası şəhərin dirçəlişinin əyani təzahürləridir.

Şuşa Əbdürrəhim bəy Haqverdiyev, Xan Şuşinski, Bülbül və digər məşhur şəxsiyyətlərin doğma yurdudur.

“Biz Şuşanın tarixini, elmi, mədəni irsini daha dərindən araşdırmalı, bu gözəl şəhərimizi bütün dünyaya daha yaxşı tanıtmalıyıq. Şuşa tarixi abidələr məkanı, Azərbaycanın müqəddəs torpağıdır”, – deyə professor Ziyafət Həbibova bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts