Polşanın şimalında 8 min nasizm qurbanının qalıqları aşkarlanıb

Tokio, 14 iyul , /AJMEDIA/

Polşada keçmiş nasist əsir düşərgəsi yaxınlığında 17,5 ton ağırlığında insan qalıqları aşkarlanıb.
AJMEDIA xəbər verir ki, Varşavadan 150 kilometr şimalda İlovo-Osada adlı meşə massivində aşkarlanan insan qalıqlarının 1939-cu ildə qətlə yetirilmiş Polşa elitasının nümayəndələrinə aid olduğu güman olunur. Polşa Milli Xatirə İnstitutunun nümayəndəsi Tomaş Yankovski mətbuata açıqlamasında bildirib ki, bu ərazidə yerləşən Soldau düşərgəsi İkinci dünya müharibəsi illərində yaradılıb və hərbi əsirlərlə yanaşı nasional-sosializmin əleyhdarları, Polşa elitasının üzvləri və yəhudilərin saxlandığı və məhv edildiyi məkan olub.
Tarixi faktlara əsasən, 1944-cü ildə düşərgənin məzarlığında dəfn edilmiş şəxslərin qalıqları çıxarılaraq, nasistlərin cinayət əməllərini ört-basdır etmək üçün yandırılıb. Soldau düşərgəsində ümumilikdə 30 min insan qətlə yetirilib. Aşkar edilmiş yeni məzarlıqda təxminən səkkiz min insanın qalıqlarının olduğu güman edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts