Polşalı fermerlər Almaniyaya gedən əsas magistral yolu bağlayıblar

Tokio, 26 fevral , /AJMEDIA/

Polşada fermerlər traktorları ilə Almaniyaya gedən əsas magistral yolu bağlayıblar.

AJMEDIA “Euronews”a istinadən xəbər verir ki, nümayiş Avropada yeni kənd təsərrüfatı qaydaları və vergilərə qarşı aparılan geniş etiraz aksiyalarının tərkib hissəsi olaraq keçirilir. Yerli polisin verdiyi məlumata görə, blokada ötən gün günorta saatlarında başlayıb və real danışıqlar aparılmasa, 25 günə yaxın davam edəcəyi gözlənilir. Almaniyadan gələn yük maşınları ölkəyə buraxılmır. Yolda yalnız yüngül avtomobillər üçün dar dəhliz yaradıb.

Polşalı fermerlərin əsas etirazı kimyəvi və istixana emissiyalarından istifadənin azaldılmasını nəzərdə tutan Avropa İttifaqının Yaşıl Sövdələşməsi (Green Deal) ilə bağlıdır. Etirazçılar bildirirlər ki, bu sövdələşmə onların məhsullarının bahalaşmasına və Avropa İttifaqına daxil olmayan ölkələrə ixracın zəifləməsinə səbəb olacaq. Onlar üstəlik artırılmış vergilərdən də zərər gördüklərini qeyd edirlər.

Fermerlər, həmçinin Avropa İttifaqına daxil olmayan ölkələrin aşağı qiymətli məhsullarına rəqabətdə uduzduqlarını əsas gətirərək qonşu Ukrayna ilə bır sıra sərhəd məntəqələrini bağlayıblar.

Bir necə həftədədir Avropanın müxtəlif ölkələrində həm Yaşıl Sövdələşmə, həm də Avropa İttifaqının Vahid Kənd Təsərrüfatı Siyasətində nəzərdə tutulan yeni ekoloji qaydalara qarşı nümayişlər keçirilir. Bu məsələ ilə bağlı Avropa İttifaqı kənd təsərrüfatı nazirlərinin bu gün Brüsseldə görüşü planlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts