“Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının konkret və aydın planı var”- Vardevanyan

Tokio, 18 aprel , /AJMEDIA/

Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının konkret və aydın planı var”.

AJMEDIA xəbər verir ki, bunu “Ermənistan” blokunun nümayəndəsi Aram Vardevanyan deyib. O deyib ki, bu barədə yaxın vaxtlarda ictimaiyyətə açıqlama veriləcək.

Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması Artur Vanetsyan və partiyasının qarşıya qoyduğu ən ümdə məqsəddir. Buna görə, onlar Azadlıq meydanında oturaq aksiyalara start veriblər.

“Hər gün düşmənin təcavüzü artır və Paşinyan “sülh” xatirinə mümkün olan hər şeydən əl çəkməyə hazırdır. Bu, artıq belə davam edə bilməz”, -deyə Vardevanyan bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts