Paşinyan: Ankara və Yerevan arasında münasibətlərin normallaşması prosesi uzanmamalıdır

Tokio, 13 aprel , /AJMEDIA/

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Ankara və Yerevan arasında münasibətlərin normallaşması prosesi uzanmamalıdır və beynəlxalq ictimaiyyət bu məsələnin həllini hər cür dəstəkləyir.

AJMEDIA Ermənistan KİV-inə istinadla xəbər verir ki, bu barədə Nikol Paşinyan ölkə parlamenti qarşısında çıxışı zamanı deyib.

“Beynəlxalq tərəfdaşlarımızla müzakirələr zamanı deyirik ki, bu proses tez nəticə verməyə bilər. Proses sürətlə getməsə dayanar, bunun baş verməməsi üçün hər şey edilməlidir. Beynəlxalq ictimaiyyət bu prosesi qətiyyətlə dəstəkləyir”, – deyə Ermənistanın baş naziri qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts