Özbəkistan Prezidenti azərbaycanlı elm və mədəniyyət xadimlərini mükafatlandırıb

Tokio, 30 avqust , /AJMEDIA/

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı elm və mədəniyyət xadimlərinin mükafatlandırılması ilə bağlı Fərman imzalayıb.
AJMEDIA Özbəkistan Respublikası Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, Fərmana əsasən, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib. Həmçinin Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri akademik Şahin Mustafayev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Binnətova “Dostluq” ordeni ilə təltif ediliblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts