Nepalda qar uçqunu: ölən və yaralananlar var

Tokio, 7 may , /AJMEDIA/

Nepalın şimal-qərbindəki Muqu rayonunda qar uçqunu nəticəsində 3 nəfər ölüb, 12 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.
AJMEDIA Nepal mediasına istinadla xəbər verir ki, hadisə mayın 6-da sakinlərin səlahiyyətli qurumların xəbərdarlığına baxmayaraq Çyarxu keçidində göbələk yığarkən baş verib. Nəticədə onların hamısı qar uçqunu altında qalıb. Onlardan 12 nəfəri yüngül xəsarətlə xilas ola bilsə də, digərləri həlak olublar. Hadisə yerinə xilasedicilər qrupu göndərilsə də, onlar güclü qar yağması səbəbindən əraziyə yaxınlaşa bilməyib.
Qeyd edək ki, Muqu rayonunun dağlıq yerlərində bitən yarşaqumba adlı tırtıllı göbələk yerli əhali arasında sevilən bitkidir. Səlahiyyətli qurumlar qar uçqunu ehtimalı ilə əlaqədar əhaliyə mayın 18-dək əraziyə göbələk dalınca getməyə icazə verməsə də, sakinlər gözdən yayınaraq cığırlar vasitəsilə Muqu dağlarına gedir.
Nepalda ölümlə nəticələnən qar uçqunları tez-tez qeydə alınır. Mayın 2-də Darçula rayonunda baş verən qar uçqununda 5 nəfər ölmüşdü.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts