“Neftçi” Rusiya klubu ilə qarşılaşa bilər

Tokio, 10 fevral , /AJMEDIA/

“Neftçi” ilə Rusiyanın “Spartak” (Moskva) komandası arasında yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Bakı klubundan AJMEDIA-ya verilən məlumata görə, matçın martın 23-ü “Neftçi Arena”da oynanılması nəzərdə tutulub.

Qeyd edək ki, “Neftçi” ötən yay Rusiyadakı təlim-məşq toplanışı zamanı Moskva təmsilçisinə 0:2 hesabı ilə uduzub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts