Moskvada Ermənistan vətəndaşı həmyerlisini qətlə yetirib

Tokio, 3 iyun , /AJMEDIA/

Moskvada həmyerlisini qətlə yetirən Ermənistan vətəndaşı saxlanılıb.
AJMEDIA xəbər verir ki, iyunun 2-də gecə saatlarında Moskvanın mərkəzində 62 yaşlı iş adamı Ohanes Kamaryan qətlə yetirilib. Onun 24 yaşlı həmyerlisi Ayrik Yervandyan tərəfindən öldürüldüyü məlum olub. Yervandyan gecə saatlarında Kamaryana yaxınlaşaraq, ona bir neçə dəfə odlu silahdan atəş açıb. Qətldə şübhəli bilinən Yervandyan saxlanılıb.
Qeyd edək ki, Ermənistanda qətl törətməyə cəhddə təqsirləndirilən O.Kamaryan ölkəsinin hüquq mühafizə orqanları tərəfindən axtarışda olub. Teleqram kanallarının məlumatına görə, Kamaryan 2013-cü ildə “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın yaxını Rafik Madoyanın sifarişli qətlini təşkil etməkdə təqsirli bilinirdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts