Moskva Ermənistanı KTMT-nin tamhüquqlu üzvü hesab edir

Tokio, 28 fevral , /AJMEDIA/

Moskva Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü hesab edir.

AJMEDIA xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

O qeyd edib ki, İrəvan KTMT-ni Avropa İttifaqından olan müşahidəçilərlə əvəzləməyə üstünlük verib. “Bu missiyanın işinin sıfıra bərabər olan səmərəliliyi hər kəsə aydındır. Biz o nöqteyi-nəzərdən çıxış edirik ki, Ermənistan Respublikası statusundan irəli gələn bütün hüquqları və öhdəlikləri ilə birlikdə KTMT-nin tamhüquqlu üzvü olaraq qalmaqda davam edir”, – deyə diplomat vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts