Misirdə yanacağın qiyməti qalxıb

Tokio, 14 iyul , /AJMEDIA/

Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi iyulun 13-dən etibarən yanacağın qiymətinin qalxdığını elan edib. Bu ölkənin Yanacaq Qiymətlərinin Tənzimlənməsi Komitəsi (FAPC) hökumətin bu addımını qlobal qiymət artımı ilə izah edib.
AJMEDIA xəbər verir ki, Misirdə müxtəlif markalı benzin və dizel yanacağının qiymətləri orta hesabla 10 faiz artıb. Belə ki, əvvəllər hər litri 8,75 Misir funtu olan Aİ-92 markalı benzinin qiyməti 9,50 funt olub. Həmçinin dizel yanacağının hər litrinin qiyməti 6,75 Misir funtundan 7,25 funta qaldırılıb. Bununla belə, hökumət ərzaq və elektrik enerjisi istehsalında istifadə olunan yanacağın qiymətini sabit saxlayıb.
Misir hökuməti bəyan edib ki, hazırda bu ölkə benzinin qiymətlərinə görə, dünyanın 13-cü, dizel yanacağının tariflərinə görə 7-ci ən ucuz ölkəsidir. Burada yanacağın qiymətlərinin sabit qalması məqsədilə hər il dövlət büdcəsindən 30 milyard Misir funtu məbləğində subsidiya ayrılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts